Dünən keçirilən I ixtisas qrupu imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Xəbərlər

05.06.2023 - 03:56

İmtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə iyunun 4-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

DİM-dən AYNA-ya bildirilib ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə DİM-in saytından tanış olmaq mümkündür.

Müəllif: Ayna.az