DTX İrandakı səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı açıqlama yayıb

Xəbərlər

31.01.2023 - 14:02

“Cinayət işi üzrə araşdırmalar davam edir”

İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır. AYNA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında qeyd edilib.

Bildirilib ki, DTX-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

"Həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur. İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur", məlumatda deyilir.

Müəllif: Ayna.az