DSX: Ermənistanla dövlət sərhədində vəziyyət stabildir

Xəbərlər

31.05.2021 - 10:37

Erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatı təkzib edilib

 

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

 

Dövlət Sərhəd Xidmətindən AYNA-ya bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

 

 

 

 

Müəllif: Ayna.az