Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 66 min 634 elektron arayış alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fondun Mətbuat Xidmətindən bildirilib.
Həmin arayışların 29 min 283-ü pensiya, 18 min 561-i müavinət və təqaüd, 11 min 788-i fərdi şəxsi hesab, 2843-ü ünvanlı dövlət sosial yardımı, 668-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 709-u sağlamlıq imkanları məhdud olan uşaqlar, 2782-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.