İmtahanın nəticələri yaxın 2 gün ərzində elan olunacaq
Fevralın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunub. İmtahanın idarə olunması üçün 11 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi, 39 buraxılış rejimi əməkdaşı ayrılıb.
DİM-dən AYNA-ya bildirilib ki, fevralın 19-dan etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahanın nəticələri yaxın 2 gün ərzində elan olunacaq.