“Nümayəndə heyətləri arasında danışıqları məhsuldar və müsbət olub”
ABŞ Dövlət Departamenti Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında davam edən danışıqları “məhsuldar” və “müsbət” adlandırıb. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü qeyd edib.
Məlumata görə, Dövlət Departamentinin sözçüsü İsrail və Livan nümayəndə heyətləri arasında sülh danışıqlarının üçüncü raundunda ilk görüşün "məhsuldar və müsbət" olduğunu bildirib.
O həmçinin məsləhətləşmələrin cümə günü davam edəcəyini təsdiqləyib.