Dövlət Departamenti: "ABŞ Bakı ilə İrəvan arasında sülhün mümkünlüyünə əmindir"

Siyasət

14.05.2024 - 00:19

Həkimlər Klinikalar SEO Xidməti

Patel ABŞ-nin regionda sülhə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcəyinə bildirib

ABŞ Azərbaycan və Ermənistan arasında sülhün hələ də mümkün olduğuna əmindir. AYNA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə söyləyib.

O vurğulayıb ki, tərəflər arasında danışıqların gedişi barədə konkret məlumat olmasa da, dövlət katibi və digərləri bu istiqamətdə fəal işləyirlər. Dövlət Departamentinin nümayəndəsi ABŞ-nin regionda sülhə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcəyinə bildirib.

Qeyd edək ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqların yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş