Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
“Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib”.
AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Dünyanın bir çox ölkəsində Türkiyə haqq-ədaləti qoruyur, müdafiə edir. Məzlum xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir - müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir”, - dövlət başçısı qeyd edib.