Dövlət başçısı: "Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik"

Siyasət

01.08.2023 - 23:45

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibə verib

"Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik".

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

"Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır", - dövlət başçısı qeyd edib.

İlham Əliyev bildirib ki, uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar: "Müharibə bu hekayələri məhv etdi".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş