Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edir

Xəbərlər

09.04.2020 - 16:45

Həkimlər Klinikalar SEO Xidməti

Yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətləri aidiyyəti olmayan məqsədlər üçün istifadə edirlər

 

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir.

 

AYNA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbat xidmətindən verilən məlumata görə, bəzi vətəndaşların sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

 

Vətəndaşlara bir daha xatırladılır ki, "3" kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub: "Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunub".

 

"Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar  xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və  hüquq mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək", - deyə xəbərdarlıqda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş