Karen Donfrid: Ukraynadakı müharibəni dayandıra biləcək yeganə şəxs Putindir
Birləşmiş Ştatlar Ukrayna məsələsində öz prinsiplərini qoruyur, bu ölkəyə silah tədarükü və Rusiyaya qarşı məhdudlaşdırıcı sanksiyalar tətbiq etməklə dəstək verir. AYNA xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya şirkətlərinə qarşı tətbiq edilən sanksiyalar ABŞ-ın özünə mənfi təsir göstərir.
"Ancaq bu, bizim prinsiplərimizin qiymətidir. ABŞ və Avropadakı tərəfdaşlarımız Ukraynanı dəstəkləyir və buna görə birgə sanksiyalar tətbiq edilib", - deyə Donfrid vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada müharibəni dayandıra biləcək yeganə şəxs Putindir.
Dövlət katibinin köməkçisi Azərbaycana Ukraynaya humanitar yardım göstərdiyinə görə minnətdarlığını bildirib.