“Heç kim bunu başa düşmədiyini iddia etməməlidir”
“Ukraynanın məcburi təslim olması bütün Qərbin kapitulyasiyası deməkdir”. AYNA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkə hesabında yazıb.
Polşa hökumətinin başçısının sözlərinə görə, “heç kim bunu başa düşmədiyini iddia etməməlidir”.
Bundan əvvəl Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bəyan etmişdi ki, Varşava öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. O, bu qərarını Polşanın artıq başqa ölkələrdə öz kontingentinin olması ilə izah edib.