Hadisə nəticədə xəsarət alan olmayıb
Dekabrın 16-da saat 13:00 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirktlərdən birinin əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.