DİN sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama yayıb

Xəbərlər

30.08.2020 - 23:26

cedabet dərman SEO Xidməti

Görüntülərdə olan şəxslər saxlanılaraq şöbəyə gətiriliblər

 

Bəzi sosial şəbəkələrdə bu gün Xaçmaz rayonu ərazisində Aşura mərasiminin təşkili ilə bağlı videogörüntülər paylaşılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AYNA-ya verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində həmin mərasimin təşkil edilməsi barədə məlumat əldə edərək müvafiq tədbirlər keçiriblər.

 

Görüntülərdə olan şəxslər saxlanılaraq şöbəyə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və mövcud karantin rejimi qaydalarını pozan 10 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş