DİN: Qarabağda ərazilər qarış-qarış yoxlanır

Xəbərlər

04.10.2023 - 12:47

“Aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir"

Qarabağda lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarəti altına keçən ərazilərdə aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub.

"Əməkdaşlar tərəfindən Vətən torpaqları qarış-qarış yoxlanılır. Aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir", məlumatda vurğulanıb.

Müəllif: Ayna.az