DİM dünən keçirilən imtahan barədə məlumat yayıb

Xəbərlər

13.04.2026 - 14:02

Doqquzuncu siniflər üçün keçirilmiş buraxılış imtahanının nəticələri 6 həftə sonra elan olunacaq

2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş