Deputatdan parlamentdə “analoqsuz” <font color=red> ÇAĞIRIŞ</font>

Siyasət

19.06.2020 - 13:01

Həkimlər Klinikalar SEO Xidməti

Fəzail Ağamalı: “Burada seçicilərin problemini qaldırmayın”

 

Milli Məclisin bu gün keçirilən iclasında seçicilərin probleminin parlament tribunasından səsləndirilməsinin düzgün olmadığı iddia edilib. AYNA-nın xəbərinə görə, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, millət vəkillərinin seçildiyi dairənin problemlərini Milli Məclisin iclasında səsləndirməsi doğru deyil.  

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi - Foto

“Deputatlar seçildikləri dairənin problemlərini Milli Məclisdə səsləndirərkən bu, anti-milli qüvvələrin əlində fürsət verir. Burada seçicilərin problemini qaldırmayın. Hesab edirəm ki, parlamentdə daha böyük məsələlər qabardılmalıdır. Dəyərli həmkarlarımdan xahiş edirəm ki, təklifimi nəzərə alsınlar. Parlamentin iclaslarında daha çox böyük problemlər gündəmə gətirilməlidir”, - deyə Ağamalı qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş