Dənizdə batmaqda olan balıqçılar xilas edilib - FOTOLAR

Xəbərlər

03.01.2024 - 18:56

“Tufan” tipli sərhəd gəmisi hadisə yerinə göndərilib

Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245” bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə AYNA-ya DSX-dən məlumat verilib.

Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı qayığında Astara rayon Şahağacı kənd sakinləri 1974-cü il təvəllüdlü Rəhmanov Ramiz Əliağa oğlu və 1982-ci il təvəllüdlü Hümmətov Zərif Əhəd oğlu sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.

Dənizdə batmaqda olan balıqçılar xilas edilib - Dənizdə batmaqda olan balıqçılar xilas edilib - Dənizdə batmaqda olan balıqçılar xilas edilib - Dənizdə batmaqda olan balıqçılar xilas edilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş