Daşkəsəndə mikroavtobus aşıb, xəsarət alanlar var

Hadisə

30.07.2024 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb

Daşkəsən rayonunun Bayan kəndində şirkətlərdən birinə məxsus mikroavtobus aşıb, xəsarət alanlar var.

AYNA-nın "Report"a istinadən məlumatına görə, "Mercedes" markalı mikroavtobus minik avtomobilinlə toqquşduqdan sonra idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, mikroavtobus rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş