Daha 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Xəbərlər

25.01.2021 - 12:29

4 subyektin isə qeydiyyatı alınmasından imtina edilib

 

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yanvarın 22-də qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)AYNA-ya verilən məlumata görə, 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlara görə onların qeydiyyata alınmasından imtina edilib.

Müəllif: Ayna.az