Daha 25 ailə Füzuliyə qayıdıb

Xəbərlər

24.11.2023 - 16:02

72 nəfər Füzuli sakini doğma yurduna qovuşub

Bu gün səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.

AYNA xəbər verir ki, bu gün 25 ailə olmaqla, 72 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş