Laçın şəhərində 1475 nəfərin daimi məskunlaşması təmin edilib
Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Laçına növbəti köç prosesi həyata keçirilib. AYNA xəbər verir ki, Laçın şəhərinə bu dəfə daha 20 ailə - 86 nəfər qayıdıb.
Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Laçın şəhərində 383 ailə, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.