Dağlıq və dağətəyi rayonlarda qar yağıb

Xəbərlər

28.11.2023 - 10:35

Faktiki hava şəraiti açıqlanıb

Noyabrın 28-i saat 9:00 -a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qrızda 14 sm, Şahdağ, Altıağacda 13 sm, Gədəbəydə 11 sm, Xaltan, Sarıbaşda (Qax) 10 sm, Göygöldə 4 sm, Əlibəydə (Zaqatala) 3 sm olub.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 15 mm, Altıağacda 14 mm, Xaltanda 12 mm, Oğuzda 11 mm, Qrızda 10 mm, Şəkidə 9 mm, Astara, Şamaxı, Mingəçevir, Qəbələ, Gədəbəydə 8 mm, Lerik, Lənkəran, Yardımlı, Ağsu, Qobustan, İsmayıllı, Şahdağ, Göygöl, Ordubad, Kürdəmir, Zərdab, Xaçmaz, Beyləqan, Zaqatala (Əlibəy), Qusar, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Naftalan, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Quba, Tərtər, Şabran, Goranboy, Yevlax, Göyçayda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qərb küləyi arabir Gəncədə 30 m/s, Naftalanda 26 m/s, Ağdamda 25 m/s, Mingəçevirdə 21 m/s, Tərtər, Yardımlı, Daşkəsəndə 20 m/s, Lerik, Bərdədə 19 m/s, Şəki, Biləsuvar, Gədəbəydə 18 m/s, Zaqatalada 17 m/s, Bakıda və Abşeron yarımadasında 30-32 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

Müəllif: Ayna.az