Culfada kanaldan meyit tapılıb

Xəbərlər

02.05.2026 - 20:35

Cəsədi tapılan şəxsin kimliyi məlum olub

Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanalda cəsəd aşkarlanıb.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, cəsəd Ordubad rayon Baş dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, cəsəd FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş