COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

06.06.2023 - 17:49

Azərbaycanda son sutkada 56 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 56 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 965 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 945, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 163, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 241 nəfər təşkil edir.

Müəllif: Ayna.az