COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

28.02.2022 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirusa qarşı 32 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 0, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı isə 0 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12 982 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 882, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 694 562, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı isə 204 315 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş