Son həftədə 223 nəfər peyvənd olunub
Azərbaycanda sentyabrın 11-dən 17-dək koronavirus (COVID-19) əleyhinə 223 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 150, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 16 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 969 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 368, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 336, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 266424 təşkil edir.