Azərbaycanda son sutkada 18 nəfər peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 1 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 965 844, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 932, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 148, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 266 238 təşkil edir.