Azərbaycanda son sutkada 172 nəfərə peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 172 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 85, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 947 036, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 388, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 521, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 509 nəfər təşkil edir.