COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

11.06.2022 - 18:36

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 274 olub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 920 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 274, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 288, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 118 nəfərdir.

Vurulan peyvədnlərin ümumi sayı 13 743 509, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 905, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 294 460, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 247 381 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş