COVID-19-a ən çox yoluxma Bakıda, ən az Naxçıvandadır - <font color=red> STATİSTİKA</font>

Aktual

19.10.2020 - 12:21

Paytaxtda isə Binəqədi rayonu koronavirusa yoluxma faizində ilk yerdədir

 

Azərbaycan üzrə koronavirusa (COVID-19) yoluxma ilə bağlı statistika açıqlanıb. AYNA xəbər verir ki, bu barədə “Koronavirus.info” saytında qrafik yerləşdirilib. Qrafikdə qeyd olunub ki, ölkə üzrə ümumi yoluxmanın 55,9 faizi paytaxt Bakının payına düşür.

 

Abşeronda14,9 faiz, Aran zonasında 10,4 faiz, Gəncə-Qazaxda 6,5 faiz yoluxma qeydə alınıb.  Eyni zamanda, Lənkəranda 4,1 faiz, Quba-Xaçmazda 2,4 faiz, Şəki-Zaqatalada 2,3 faiz, Dağlıq Şirvanda 1,5 faiz, Yuxarı Qarabağda 1 faiz təşkil edib.

 

Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb. Burada koronavirusa yoluxma 0.09 faiz olub.

 

Saytda Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika da açıqlanıb. Yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu 14,5 faizlə ilk yerdədir.

 

Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,5 faizi Xətai, 11,7 faiz Yasamal, 11,7 faiz isə Sabunçu rayonunun payına düşür.

 

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 8,7 faizi Nəsimi rayonunda, 8,1 faizi Nərimanov rayonunda, 8,0 faizi Suraxanı rayonunda, 7,2 faizi Qaradağ rayonunda, 7,1 faizi Nizami rayonunda, 5,5 faizi Xəzər rayonunda, 4,7 faizi Səbail rayonunda yaşayanlardır.

 

Həmişə olduğu kimi bu dəfə də Bakı rayonları üzrə ən az yoluxma Pirallahıda qeydə alınıb. Rayon üzrə yoluxma faizi cəmi 0,3 faiz təşkil edib.

Müəllif: Ayna.az