Prezident İlham Əliyev və BMT Baş katibi liderləri qarşılayırlar
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) liderlər sammitinin açılış mərasimi başlayır.
AYNA xəbər verir ki, hazırda Prezident İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş sammit iştirakçısı olan liderləri qarşılayırlar.
Tədbir Azərbaycan Televiziyası (AzTV) tərəfindən canlı yayımlanır.