CNN: İsrail Trampın İranla "pis sazişindən" qorxur

Dünya

13.05.2026 - 18:19

"Trampın pis bir razılaşma əldə edəcəyi ilə bağlı real narahatlıqlar var"

İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəyə səbəb olan bəzi əsas məsələləri həll etmədən İranla razılığa gələ biləcəyindən narahatdır. AYNA.AZ xəbər verir ki, bu barədə CNN İsrailin yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrdən biri kanala bildirib ki, "Trampın pis bir razılaşma əldə edəcəyi ilə bağlı real narahatlıqlar var".

Mənbələr qeyd ediblər ki, Tehranın nüvə proqramını qismən qoruyan, ballistik raketləri və regional müttəfiqləri dəstəkləyən bir razılaşma İsrailin İranla münaqişəni yarımçıq kimi görməsinə səbəb olacaq.

Yüksək vəzifəli İsrail rəsmisi kanala bildirib ki, "İsrail danışıqların pozulmasına qarşı yüksək səviyyədə hazırlıqlıdır".

O əlavə edib ki, "əgər iranlılar oyun oynamağa və danışıqları uzatmağa davam etsələr", eskalasiya real ssenaridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş