CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

Dünya

21.05.2025 - 20:53

Həkimlər Klinikalar SEO Xidməti

"İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb”

İsrail ordusu Vaşinqton və Tehran arasında aparılan danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşır. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın hakim dairələrindəki mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

"İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb və ABŞ-İran razılaşması perspektivi belə zərbənin endirilməsi ehtimalını azaltmır", - rəsmilərdən biri kanala deyib.

Mənbələr İsrail hakimiyyətinin hücumla bağlı yekun qərarını verib-vermədiyini bilmir və Amerika kəşfiyyatı yəhudi dövlətinin niyyətlərini açıq şəkildə təsdiq etmir. Zərbə hazırlığının dolayı əlamətlərinə İsrail Hərbi Hava Qüvvələrinin texnika və silahlarının hərəkəti və onların manevrləri daxildir. Eyni zamanda, İranı nüvə proqramı ilə bağlı məsələlərdə ciddi güzəştlərə getməyə məcbur etmək üçün İsrailin güc nümayişinə əl atması da istisna edilmir.

Qeyd edək ki, Omanın vasitəçi olduğu ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. Onlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü aprelin 26-da və yenidən Omanın paytaxtında mayın 11-də baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib. İran və ABŞ arasında danışıqların beşinci raundu mayın 24-dən 25-dək Romada keçirilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş