“Real” 3 -1 hesablı qələbə qazanıb
Futbol üzrə İspaniya Super Kubokununun yarımfinal matçında “Real Madrid” klubu “Valensiya”nı məğlub edib.
AYNA xəbər verir ki, Ciddə şəhərində baş tutan görüş “Real”ın 3 -1 hesablı qələbəsi ilə başa çatıb.
Madrid komandasından qolları Toni Kroos, İsko və Luka Modriç vurub.
Yeganə təsəlli qolun müəllifi Dani Parejo olub.
Finalda “Real Madrid” “Barselona” - “Atletiko” cütünün qalibi ilə görüşəcək.