Çinin Baş naziri Pakistana səfər edəcək

Dünya

13.10.2024 - 20:45

Həkimlər Klinikalar SEO Xidməti

Li Çianq ŞƏT Hökumət Başçıları Şurasının 23-cü iclasında iştirak edəcək

Çinin Baş naziri Li Çianq oktyabrın 14-dən 17-dək Pakistanda rəsmi səfərdə olacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

Baş nazir Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabadda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının 23-cü iclasında iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş