Çindən gətirilmiş 1,5 ton meyvə qurusu məhv edilib

Xəbərlər

28.02.2020 - 19:29

cedabet dərman SEO Xidməti

Məhsulun tərkibində salmonella aşkarlanıb

 

“Valehlər” MMC tərəfindən Çin Xalq Respublikasından idxal olunan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusuna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edilib.

 

Agentlikdən AYNA-ya verilən məlumata görə, daxil olan müraciətə əsasən, Agentlik əməkdaşları məhsuldan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim ediblər.

 

Analizin nəticələrinə görə, məhsulun tərkibində salmonella aşkarlanıb.

 

Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, xalis çəkisi 1500 kq olan “Ləziz çərəz” əmtəə nişanlı kivi qurusu Sumqayıt “Təhlükəli Tullantılar” poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş