Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilib

Xəbərlər

28.02.2025 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Qanun layihələri Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub

Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilib. AYNA.AZ xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəd layihəsi “Dövlət satınalmaları haqqında” yeni Qanunun icrası məqsədilə hazırlanıb. Layihədə həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması halları yeni qanunun tələblərinə uyğun olaraq müəyyən edilib.

Dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması da təklif edilir.

Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş