Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Xəbərlər

29.03.2024 - 12:47

Borclu şəxs qismində axtarışda olan 217 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Martın 28-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 269, o cümlədən borclu şəxs qismində axtarışda olan 217 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 39 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Müəllif: Ayna.az