Yoluxma riski olduqda nəqliyyat vasitələri, konteynerlər və yüklər müəyyən edilmiş qaydada sanitar emaldan keçəcək
Çin hakimiyyəti meymunçiçəyi epidemiyasının aşkarlandığı ölkələrlə sərhəd nəzarətini gücləndirəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi (GCU) məlumat yayıb.
“Meymunçiçəyinin ölkəmizə daxil olmasının qarşısını almaq, epidemiyası olan dövlətlərdən gələn, ona məruz qalmış və ya simptomları olan şəxslərin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə Çinə daxil olarkən öz təşəbbüsü ilə bu barədə gömrükdə bəyan etməlidirlər”, - deyə məlumatda bildirilir.
GTU əməkdaşlarının “Dövlət sərhədində sanitar-karantin nəzarəti haqqında” qanuna və ÇXR-in digər hüquq normalarına əsaslanaraq, müəyyən edilmiş qaydalara uyğun olaraq operativ tədbirlər görəcək, analiz üçün nümunələr götürəcəklər. Yoluxma riski olduqda nəqliyyat vasitələri, konteynerlər və yüklər müəyyən edilmiş qaydada sanitar emaldan keçəcək.
"Bu bəyanatın məzmunu dərc edildiyi gündən qüvvəyə minir və altı ay ərzində etibarlıdır", deyə rəsmi qurub bəyan edib.