Çin ABŞ-ın Rusiyaya təzyiqini pisləyib

Dünya

15.07.2025 - 15:44

Rəsmi Pekin: “Tarif müharibəsində qaliblər olmayacaq, təhdid və təzyiqlər problemi həll etməyəcək”

Çin ABŞ-ın Rusiyaya təzyiqini pisləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Çin Xarici İşlər Nazirliyi (XİN) bugünkü bəyanatında rəsmi Pekinin bütün qeyri-qanuni və birtərəfli sanksiyalara qarşı olduğunu vurğulayıb.

Bəyanatda qeyd edilib ki, “tarif müharibəsində qaliblər olmayacaq, təhdid və təzyiqlər problemi həll etməyəcək”.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə razılığa gələ bilməyəcəyi təqdirdə Rusiyanı gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş