Ceyranbatan kanalında 17 yaşlı gənc batıb

Hadisə

24.07.2022 - 11:04

Həkimlər Klinikalar SEO Xidməti

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş