Türkiyə "çəyirtkə işğalı" ilə üz-üzə qalıb
Günlərdir, çəyirtkə sürüsünün hücumu barədə danışılırdı. İranı istila edən milyonlarla çəyirtkədən biri Hakkarinin Yüksəkova bölgəsində görülüb. Soyuq havaya baxmayaraq, çəyirtkələrin Türkiyə sərhədinə gəlməsi təəccüb doğurub.
AYNA Türkiyə mətbuatına əsasən xəbər verir ki, Hakkaridə satıcı Übeyit Kartal adlı vətəndaş səhər saatlarında dükanın qarşısında iri çəyirtkə tutub. Satıcı çəyirtkəni ölçüb və uzunluğunun 8 sm olduğunu müəyyən edib.
Qeyd edək ki, mənbəyi Afrikadan olan çəyirtkə sürüsünün İran və İraqdan sonra başqa yaxın ölkələrə də hücum edə biləcəyi təşviş doğurur.