Ceyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş keçirilib

Xəbərlər

05.05.2026 - 16:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaya Kallas arasında geniştərkibli görüş keçirilib.

AYNA.AZ xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.

“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - XİN-in məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş