Ceyhun Bayramov Vaşinqtona gedir

Xəbərlər

20.10.2020 - 13:01

XİN başçısı ABŞ-ın Dövlət katibi və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

 

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

 

Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Müəllif: Ayna.az