Ceyhun Bayramov finlandiyalı həmkarı ilə görüşüb

Xəbərlər

21.09.2022 - 15:37

cedabet dərman SEO Xidməti

XİN başçıları əməkdaşlıq münasibətlərini müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

P.Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

C.Bayramov həmsöhbətinə bölgədə Ermənistanın silsilə təxribatları barədə ətraflı məlumat verib.

Nazir Azərbaycan-Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında normallaşması istiqamətində işlərin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb.

Nazirlər həmçinin digər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş