Ceyhun Bayramov: “Ən sərt şəkildə cəzalandırılmalıdırlar”

Xəbərlər

27.01.2023 - 14:52

Nazir İran səfirliyində baş verən terror hadisəsi ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda səfirliyimizdə baş verən hadisədə şəhid olan zabitimizin ailəsinə başsağlığı verib.

AYNA xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdırlar.

Müəllif: Ayna.az