Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb

Xəbərlər

23.04.2024 - 16:31

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala tərəfindən qəbul edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “X” hesabında məlumat verilib.

Bildirilib ki, görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la əlaqədar məsələlər və münaqişədən sonrakı regional dinamika müzakirə edilib.

Müəllif: Ayna.az