Ceyhun Bayramov Çavuşoğlu ilə danışıb

Siyasət

17.03.2022 - 01:28

Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

AYNA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər bölgədəki cari vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş