Çexiyada kommunizm təbliğatı qadağan edilib

Dünya

18.07.2025 - 15:59

Çexiya Prezidenti kommunizmin təbliğatını qadağan edən qanunu imzalayıb

Çexiya Prezidenti Petr Pavel kommunizm təbliğatını qadağan edən qanunu imzalayıb. AYNA.AZ xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Qanuna görə, bu ideologiyaya malik hərəkatların yaradılması və dəstəklənməsi indi 5 ilə qədər həbslə cəzalandırılacaq.

Bundan əvvəl Petr Pavel rusların qeyri-müəyyən müddətə ölkə vətəndaşlığını almasını faktiki olaraq qadağan edən qanunu imzalayıb. Çexiya vətəndaşlığını əldə etmək üçün Rusiya vətəndaşlığından imtina etmək lazımdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş